Şimon Peres Osmanlı imperiyasını ittiham etdi
Bizi izləyin

Dünya

Şimon Peres Osmanlı imperiyasını ittiham etdi

“Suriyadakı rejim diktator rejimidir. Düşünmürəm ki, prezident Bəşərə Əsəd hakimiyyətdə qala biləcək və yaxud onu saxlamaq mümkün olacaq”.

“Suriyadakı rejim diktator rejimidir. Düşünmürəm ki, prezident Bəşərə Əsəd hakimiyyətdə qala biləcək və yaxud onu saxlamaq mümkün olacaq”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri İsrail prezidenti Şimon Peres Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində söyləyib.

Bu ölkədə vəziyyətin çox qorxunc olduğunu deyən prezident bunun səbəbini Suriyanın tarixi kökləri ilə əlaqələndirib:“Oranı Osmanlı imperiyası, daha sonra fransızlar və ingilislər tutaraq böldülər. Onlar tayfalar və dinləri bölərək süni dövlət təşkil etdilər. Bu da daxili münaqişələrin səbəbi oldu və bizə idarə olunmayan Suriya qaldı”.

Ş.Peres Ukrayna hadisələrindən danışarkən isə bütün dünyada hökumətlərin etibarı itirdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm