Dünya
Rusiya NATO-ya qarşı Belarus cəbhəsi yaradır
Rusiya Hərbi Hava Qüvvələrinin Belarusdakı təyyarə bazası 2016-cı ildə fəaliyyətə başlayacaq.
Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryev bildirib.
Onun sözlərinə görə, Bobruysk bazasında Rusiyanın “Su-27” qırıcıları yerləşdiriləcək. General-polkovnik qeyd edib ki, Rusiyanın “Su-27” qırıcıları Belarusun digər hərbi aerodromlarında da yerləşdirilib.
Qeyd edək ki, Ukrayna böhranı fonunda NATO ilə hərbi qarşıdurmada Moskva müharibə meydanını tapıb. Belə ki, Kreml çoxdandır ki, Belarusa Qərblə qarşıdurma meydanı kimi baxır. Ukrayna böhranından sonra yaranan situasiya isə Belarusun strateji müharibə meydanı kimi qiymətini artırır.
Ancaq Minskin özü qarşıdurma meydanı olması ilə bağlı Moskvanın istəklərinə ehtiyatla yanaşır. “Belarus Security Blog” analitik layihəsinin rəhbəri Andrey Porotnikovun sözlərinə görə, Belarus hakimiyyətinin çətin ki, Rusiya-Qərb qarşıdurmasında iştirak etmək arzusu var.
Ömər Dağlı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir