Dünya
Qazaxıstanla Çin bu maneələrin ləğvi barədə razılaşdı

Qazaxıstan və Çin qarşılıqlı ticarətdəki əngəllərin, xüsusən də termik emal olunmuş ətin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə Uzaq Şərq ölkəsinin paytaxtı Pekində Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyevlə Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük İdarəsinin (BGİ) rəis müavini Sun Yuynin arasında aparılmış danışıqların yekunları üzrə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti bildirib.
“Danışıqlar zamanı qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması ilə bağlı razılıq əldə etmək mümkün olub. ÇXR-in Baş Gömrük İdarəsi Qazaxıstandan termik emal olunmuş ət məhsullarının tədarükünə mövcud məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirib”, – mətbuat xidməti açıqlayıb.
Qurumun məlumatına görə, ÇXR nümayəndələri “Qazaxıstanın dabaq və quş qripi ilə mübarizə üzrə baytarlıq xidmətini qiymətləndirmək üçün” Mərkəzi Asiya ölkəsinə səfər etməyə hazırdırlar.

-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO