Ərdoğandan Fələstinlə bağlı çağırış
Bizi izləyin

Dünya

Ərdoğandan Fələstinlə bağlı çağırış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə onun ABŞ-ın "Newsweek" nəşrində dərc olunan məqaləsində deyilir.

"Ədalətli sülh yalnız Fələstin xalqının 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, ərazisi toxunulmaz dövlətə nail olması ilə mümkündür. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Dünya xalqlarına çağırışımız aydındır: Fələstin dövlətini tanıyın!".

Türkiyə lideri ölkəsinin atəşkəsin təmin olunması, humanitar yardımların davamlı çatdırılması və ikidövlətli həll yolu üçün səylərini davam etdirməkdə olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm