Netanyahuya "soyuq duş": Öz partiyasının nazirləri də istefasını istəyir
Bizi izləyin

Dünya

Netanyahuya "soyuq duş": Öz partiyasının nazirləri də istefasını istəyir

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi təşkilatlardan İsrailə qarşı reaksiyalar olsa da, Netanyahunun öz partiyasından olan nazirlər və parlament üzvləri arasında da müzakirələr başlayıb.

Publika.az xəbər verir ki, Qəzzada qadın, qoca, uşaq və körpə də daxil olmaqla minlərlə mülki insanı qətlə yetirilməsinə görə Baş nazir Netanyahunun vəzifədən uzaqlaşdırılmasından danışılır. İsraildə Netanyahunun istefaya göndərilməsi ilə bağlı hətta rəhbərlik etdiyi "Likud" Partiyası daxilində də müzakirələrin getdiyi bildirilib.

İsrailin Kanal 13 televiziyasının xəbərinə görə, Netanyahunun gələcəyi "Likud" Partiyasından nazirlər və millət vəkilləri arasında müzakirə edilməyə başlanıb.

Bildirilib ki, "Likud" üzvü nazirlər və deputatlar Netanyahunu baş nazirlikdən uzaqlaşdırmaq və yeni liderlə davam etmək məsələsini müzakirə ediblər. Bu məsələ ilə bağlı müxalifət liderləri ilə məsləhətləşmənin başlanması vəziyyətin ciddiliyini göstərir.

İsraildə son rəy sorğuları göstərir ki, Netanyahu və onun "Likud" Partiyası etmiadı itirir, Milli Birlik Partiyası və onun lideri Benni Qantz isə yüksəlişdədir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm