Aİ-nin bu qərarı Kosovonu qəzəbləndirdi: Qəbuledilməzdir
Bizi izləyin

Dünya

Aİ-nin bu qərarı Kosovonu qəzəbləndirdi: Qəbuledilməzdir

Kosovo Avropa İttifaqı (Aİ) Komissiyasının Serbiya tərəfindən Kosovo serblərinə verilən pasportlarla Şengen bölgəsinə vizasız səyahətə icazə verməsinə reaksiya bildirib.

Publika.az xəbər verir ki, Kosovonun baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoqdan məsul birinci müavini Besnik Bislimi sosial media hesabında məsələ ilə bağlı paylaşım edib. Bislimi paylaşımında "qanunsuz" adlandırdığı pasportların Kosovodakı bələdiyyələri Serbiyanın yurisdiksiyasına saldığını bildirib və "Bu, suverenliyimizin pozulmasıdır və qəbuledilməzdir" ifadələrini işlədib.

Təklifə etirazlarını Aİ-nin ən yüksək orqanlarına çatdırdıqlarını bildirən Bislimi, Aİ-ni “çoxlu pozuntular ehtiva edən” bu təklifi yenidən qiymətləndirməyə çağırıb. Besnik Bislimi qeyd edib ki, bu pasportların tanınması serb icmasının Kosovo qurumlarına inteqrasiyasına xələl gətirir və qurumların illərdir bu istiqamətdəki səylərinə zərər verir.

Kosovo serblərinin 1 yanvar tarixindən etibarən Kosovo pasportu alaraq Şengen bölgəsinə vizasız gedə biləcəklərini qeyd edən Bislimi, Kosovo serblərinə Kosovo hökuməti tərəfindən sürətləndirilmiş prosedurla pasport verildiyinə və bu sənədə keçən illə müqayisədə daha çox maraq olduğuna diqqət çəkib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm