Dünya
Əmək bazarı təhlükədə: Onlar gəlirlər, maaşlar azalacaq
Avropa Mərkəzi Bankının (ECB) araşdırmasında süni intellektin sürətlə mənimsənilməsinin əmək haqqını azalda biləcəyi ifadə edilib.
Publika.az xəbər verir ki, ECB-nin “Süni intellektin insan əməyini məhv etdiyinə dair hesabatlar çox şişirdilmiş ola bilər” başlığı ilə dərc edilən araşdırma hesabatında süni intellektdəki son irəliləyişlərin yeni texnologiyaların məşğulluğa təsiri ilə bağlı müzakirələri yenidən alovlandırdığı bildirilib.
Süni intellektin tibbi məsləhət verməkdən kod yazmağa qədər həm istehsalatda, həm də xidmətlərdə istifadə edildiyinin vurğulandığı hesabatda qeyd edilib ki, şirkətlərin süni intellektə sərmayələrinin artması ictimaiyyətdə iş yerlərinin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olur.
16 Avropa ölkəsində süni intellektlə dəstəklənən texnologiyalar və məşğulluq payları arasındakı əlaqənin araşdırıldığı hesabatda, süni intellektin istifadə edildiyi sektorlarda məşğulluq payının artdığı, aşağı və orta ixtisaslı işlərin böyük ölçüdə təsirlənmədiyi və yüksək ixtisaslı vəzifələrdə ən böyük artımın qeyd edildiyi vurğulanıb.
Süni intellektin işçilərin maaşları üzərində "neytral və ya bir qədər mənfi təsirləri" olduğuna və bu təsirlərin arta biləcəyinə diqqət çəkən hesabatda, "Süni intellektlə dəstəklənən texnologiyaların inkişafı və tətbiqi davam edir. Bu texnologiyaların məşğulluq və əmək haqqına, beləliklə, artım və bərabərliyə təsirinin böyük hissəsi hələ müşahidə olunmayıb" ifadələri işlədilib.
Nəzrin
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO