Dünya
İfrat sağçıların dəhşətli planı üzə çıxdı: Siyasətçilər, milyarderlər bu hotelə toplaşıb...
Almaniyada ifrat sağçı siyasətçilərin nasist dövrünü xatırladan bir toplantıda milyonlarla əcnəbini deportasiya etməyi planlaşdırdığı ortaya çıxıb.
Publika.az xəbər verir ki, Almaniyanın Potsdam şəhərində gizli toplantı keçirildiyi məlum olub. Bir qrup neonasist, alman ifrat sağçı siyasətçi və iş adamı ölkədə milyonlarla əcnəbini deportasiya etmək planı hazırlamaq üçün bir araya gəlib. Ötən ilin noyabrında keçirildiyi bildirilən və "Correctiv" tərəfindən açıqlanan görüşün təfərrüatları da məlum olub. Nasistlərin 1942-ci ildə yahudilərə qarşı “son həlli” planlaşdırdıqları lüks villadan 10 kilometr aralıda keçirilən toplantıya Afd partiyasından siyasətçilər, iş adamları və neonasistlər qatılıb. İclasda XDİ-nin mühafizəkar qanadından iki üzvün də olduğu məlumdur.
İdentitar Hərəkatının lideri, avstriyalı ifrat sağçı Martin Sellnerin “Tərs miqrasiya” planına görə, öz ölkələrinə qayıtmaq istəməyən təxminən 2 milyon insan Şimali Afrikadakı bir ölkəyə göndəriləcək. İclasda bu tətbiqin necə həyata keçiriləcəyi müzakirə olunub. Deportasiya olunacaq insanlar arasında təkcə Almaniyada qeyri-qanuni yaşayanlar yox, alman pasportu və ya vətəndaşlığı olan əcnəbilər də olub.
Bu, nasistlərin 1940-cı ildə 4 milyona qədər yəhudini Madaqaskar adasına sürgün etmək ideyasını xatırladır. Sellner və adı çəkilən digər iştirakçılar bu görüşdə iştirak etdiklərini etiraf ediblər.
Aysel Şahmar
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO