Dünya
Türkiyə ULAQ-ı NATO-nu heyrətləndirdi: Möhtəşəmdir
Dünyanın ən məşhur dəniz xəbər saytı sayılan “Naval News” Türkiyənin ilk silahlı pilotsuz dəniz gəmisi olan ULAQ-ın NATO təlimi performansını müzakirə edib.
Publika.az xəbər verir ki, AKYA-nın Şərqi Aralıq dənizində hədəfdə müvəffəqiyyətlə sınaqdan keçirildiyi bildirilib. Sınaq atışlarında torpedonun əsl döyüş başlığı daşıdığı və "Roketsan"ın istehsal etdiyi ağır sinif torpedonun milli sualtı qayıq TCG Prevezedən (S-353) atıldığı bildirilib.
Xəbərdə AKYA-nın Türkiyə Hərbi Dəniz Qüvvələrinə illərdir xidmət etmiş və xidməti müddəti başa çatan ABŞ istehsalı olan "Navajo Class" yedək gəmisini çox qısa müddətdə batırdığı bildirilib: “Uğurlu sınaqdan sonra Türkiyə ağır torpedo sinfi istehsal edən azsaylı ölkələrdən biridir”.

AKYA torpedası ilk dəfə 2021-ci ildə Türkiyədə keçirilən IDEF Müdafiə Sərgisində nümayiş olunaraq sənayeyə təqdim edilib. AKYA həm sualtı qayıqları, həm də suüstü dəniz döyüş gəmilərini vurmaq qabiliyyətinə malikdir.
Yerli torpedo həmçinin yüksək sürəti, hədəfləri uzaq məsafədən izləmək qabiliyyəti ilə seçilir. AKYA hədəfini 50 km məsafədə 84 km sürətlə vura bilir. Partlayıcı döyüş başlıqlarına sahib olan AKYA, hədəfində sualtı şok effekti yaratma gücünə də malikdir. O, yüksək enerjili kimyəvi batareyalarla da işləyir.
“Naval News” həmçinin Türkiyənin ilk döyüş pilotsuz dəniz vasitəsi olan ULAQ SİDA-nın da (silahlı pilotsuz dəniz vasitəsi) NATO təlimində müvəffəqiyyətlə sınaqdan keçirildiyini oxucularına açıqlayıb. Yazıda NATO-nun Şərqi Aralıq dənizində keçirilən hərbi dəniz təlimində ULAQ-ın digər dəniz döyüş maşınları ilə birlikdə iştirak etdiyi qeyd edilib. Həm ULAQ Yerüstü Döyüş Vasitəsinin, həm də ULAQ PSV Liman Mühafizə Vasitəsinin tapşırıqları tam şəkildə yerinə yetirdiyi vurğulanıb.
Nəşrin paylaşdığı məlumata görə, hər iki ULAQ Türkiyə Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin TCG Gediz Friqatı, iki Sahil Mühafizə gəmisi və TB-2 Bayraktar PUA ilə sinxronlaşdırılan tapşırıqları gözləniləndən də qısa müddətdə yerinə yetirib.

Nəşr həmçinin vurğulayır ki, ULAQ-ların fəaliyyəti NATO hərbi məruzəçiləri tərəfindən böyük reytinqlə qiymətləndirilib. Qlobal dəniz nəqliyyat vasitələrinin performansını qiymətləndirən qurum olan MARSEC COE ULAQ-ın təlim performansını şərh edib:
"Nümayiş olunan performans SIDA-ların və idarə olunan dəniz döyüş maşınlarının birlikdə nə qədər güclü dəyər yarada biləcəyini ortaya qoyur. Möhtəşəmdir”.
Roza Şəfiyeva
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!











.jpg)


















.jpg)




