Dünya
Çevrilişə cəhd edənlər BOMBALANDI
Nigeriya Hərbi Hava Qüvvələri Beninin iqtisadi paytaxtı Kotonuda uğursuz hərbi çevriliş cəhdinin iştirakçılarına hava zərbələri endirib.
Publika.az xəbər verir ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin və Regional Gözləmə Qüvvələrinin protokollarına uyğun olaraq Benində əməliyyatlar həyata keçirildiyi rəsmi olaraq açıqlanıb.
KİV-lər isə yazır ki, Nigeriya qırıcıları çevrilişə cəhd edənlər zirehli avtomobillərlə Kotonunu tərk edən zaman onlara zərbələr endirib. Hava zərbələri Benin hakimiyyətinin məlumatı və razılığı ilə həyata keçirilib.
Kotonunun müxtəlif ərazilərində çoxsaylı partlayışların baş verdiyi, üsyançıların və onların avadanlıqlarının məhv edildiyi barədə məlumatlar yayılıb.
Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində dövlət çevrilişinə cəhdin qarşısının alındığını, hakimiyyətin bütün ölkədə vəziyyətə tam nəzarət etdiyini söyləyib.
"Kiçik bir qrup hərbi qulluqçu üsyan qaldırıb və bu, ordumuz tərəfindən yatırılıb. Bütün çevriliş ocaqları təmizlənib. Üsyançıların dövlətə xəyanət əməli cəzasız qalmayacaq. VBütün ərazidə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq", - o vurğulayıb.
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı


























.png)


.jpg)



