İdman
DÇ-2026-nın oyunlarının başlama vaxtları açıqlandı
FİFA 2026-cı il dünya çempionatının oyunlarının başlama saatlarını açıqlayıb.
Turnir bu yay ABŞ, Meksika və Kanadada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Publika.az xəbər verir ki, Meksika və Cənubi Afrika milliləri arasındakı açılış matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Yeddi saat sonra Cənubi Koreya ilə UEFA-nın pley-off qaliblərindən biri arasında görüş başlayacaq.
İyunun 12-də Kanada UEFA pley-offunun qalibi ilə Bakı vaxtı ilə 23:00-da, ABŞ-Paraqvay oyunu isə saat 05:00-da başlayacaq.
Bundan sonra, iyunun 23-dək hər oyun günü dörd qarşılaşma olacaq. Başlama vaxtları fərqli olacaq:
– 20:00-da (məsələn, İspaniya – Kope Verde, İspaniya – Səudiyyə Ərəbistanı);
– saat 21:00-da (Almaniya – Kurasao, Argentina – Avstriya);
– 23:00-da (Fransa – Seneqal, ABŞ – Avstraliya);
– 00:00-da (Niderland – Yaponiya, İngiltərə – Xorvatiya);
– saat 01:00-da (Fransa – FIFA 2 Playoff Qalibi);
– saat 02:00-da (Braziliya – Mərakeş, Səudiyyə Ərəbistanı – Uruqvay);
– saat 03:00-da (Kot-d’İvuar – Ekvador, Panama – Xorvatiya);
– saat 04:00-da (Ekvador – Kurasao, Norveç – Seneqal);
– saat 05:00-da (Argentina – Əlcəzair, Braziliya – Haiti);
– 06:00-da (Özbəkistan – Kolumbiya);
– saat 07:00-da (İordaniya – Əlcəzair);
– 08:00-da (Tunis – Yaponiya).
Son turda gündə altı oyun oynanılacaq, ən erkən oyun saat 23:00 və ya 00:00, sonuncu oyun isə 06:00 və ya 07:00-da başlayacaq.
1/16 finalda ən erkən oyunlar saat 20:00-da, sonuncu oyunlar isə səhər saat 07:00-da başlayacaq.
1/4 finalda: 9 iyul – 00:00-dan, 10 iyul – 23:00-dan, 12 iyul – 01:00-dan və 05:00-dan. Yarımfinalda hər iki oyun (14 və 15 iyul) saat 23:00-da başlayacaq.
Üçüncü yer uğrunda görüş iyulun 19-da saat 01:00-da, final görüşü isə həmin gün saat 23:00-da başlayacaq
-
MDB16:00Peskovdan xəbərdarlıq - Kiyevin Rusiyaya hücumları bütün dünyaya zərər verə bilər
-
Region15:43İranda etirazçıların edamı davam edir - 28 yaşlı gənc asıldı(FOTO)
-
ABŞ15:35Trampın reytinqi rekord səviyyədə aşağı düşdü - İran amilinə görə?
-
Region14:53Ermənistanda nə baş verir? - Hindistanlı məhbus özünü asdı
-
İqtisadi gündəm14:05Mövsümündən əvvəl satılan meyvələrin qiyməti əl yandırır - VİDEO
-
Magazin213:49Ergin yeni serialda
-
Ekologiya13:0224 dərəcə isti olacaq - Hava proqnozu
-
Əmlak10:47Qanunsuz evlər necə artır?: Yeni "ucuz torpaq" tələsi - VİDEO

























.png)

.jpg)






