Dünya
Dünya bundan yazır: Türkiyə ilkə imza atdı
Dünən Türkiyə müdafiə sənayesinin ASFAT şirkəti keçən il inşası tamamlanan "Akhisar" gəmisini Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığına ixrac edib.
Publika.az xəbər verir ki, Türkiyənin NATO və Avropa İttifaqı üzvü olan ölkəyə ilk hərbi gəmi ixracı qlobal mətbuatda böyük maraq doğurub.
Rumıniya qəzeti "Romania Journal" bu müqavilənin Türkiyə müdafiə sənayesi üçün mühüm bir mərhələ olduğunu yazıb: "Bu, Türkiyədə inşa edilmiş döyüş gəmisinin NATO və ya Avropa İttifaqı üzvü olan dövlətə ilk beynəlxalq satışıdır. Həmçinin, Hərbi Dəniz Qüvvələri üçün ilk yeni böyük yerüstü gəmisini alan Rumıniya üçün də əhəmiyyətli bir addımdır".
Yunanıstanın “Olympia” saytı sözügedən xəbəri “İki ölkə arasında 223 milyon avro dəyərində böyük bir müqavilə imzalanıb” başlığı ilə yayımlayıb.

"Banking News" saytı isə "Görünməmiş Hadisə: Türkiyə NATO üzvünə hərbi gəmi satır" başlıqlı xəbərində yazıb ki, bu müqavilə iki ölkə arasında hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırır və beynəlxalq səviyyədə Türkiyə müdafiə sənayesinin keyfiyyətini və texnoloji səriştəsini nümayiş etdirir.
Polşa media orqanı "Defence Industry Europe" qeyd edib ki, bu ixracat Türkiyənin Qara dənizdəki müdafiə potensialını gücləndirmək istiqamətində konkret bir addımdır: "Türkiyənin bu böyük dəstəyi ilə Rumıniya vacib dəniz infrastrukturunu qoruyacaq, milli və regional təhlükəsizlik üçün zəruri olan patrul və rabitə əməliyyatları aparmaq missiyasını dəstəkləyəcək".

Belçika nəşri "Army Recognition" yazıb ki, Rumıniya Qara dənizdə "NATO Qalxanı"nı gücləndirmək üçün Türkiyədən hərbi gəmi alır: "Bu alış, Rusiyanın Ukraynaya təcavüzü dövründə Qara dənizdə təhlükəsizlik mühitinə cavab olaraq strateji məqsədlərə uyğundur".
Roza Şəfiyeva
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə deyir ki...
-
Elm və təhsil20 Yanvar 22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial20 Yanvar 22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ
-
Magazin220 Yanvar 21:12Evini 108 milyona satdı - FOTO







































