İdman
Salah üsyan etdi
Məhəmməd Salah “Liverpuldakı durumu haqda danışıb.
Publika.az xəbər verir ki, Mo klub rəhbərliyinə özünə qarşı münasibətə görə tənqid edib.
Cinah oyunçusu “Lids” lə (3-3) oyunu ehtiyat oyunçular skamyasında keçirdi. O, əvvəlki iki oyunda da ehtiyatda qalmışdı.
“Bütün 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasında olduğuma inana bilmədim. Bu, üçüncü dəfədir.
Mən çox məyus oldum. Bu illər ərzində, xüsusən də ötən mövsüm bu klub üçün çox şey etmişəm. İndi mənə elə gəlir ki, klub məni avtobusun altına atıb. Mən elə hiss edirəm.
Bəziləri bütün günahı məndə görür. Klub bu yay mənə çox söz verdi. İndi isə ehtiyat oyunçular skamyasındayam, ona görə deyə bilərəm ki, onlar sözlərinin üstündə durmayıblar.
Slot ilə yaxşı münasibətim var idi. İndi ümumiyyətlə münasibət yoxdur və niyə belə olduğunu başa düşmürəm. Sanki kimsə məni klubda istəmir.
Anama və atama zəng etdim və onlardan “Brayton”la matça gəlmələrini söylədim. Oynayıb-oynamayacağımın fərqi yoxdur. Mən sadəcə zövq almaq istəyirəm. Afrika Millətlər Kuboku öncəsi “Enfild”də azarkeşlərlə vidalaşacağam, çünki ora gedəndə nə baş verəcəyini bilmirəm.
Açığı, mənim üçün bu qəbuledilməzdir. Başqa klubda olsaydım, istənilən klub öz oyunçusunu qoruyardı. Amma burada belədir: “Gəlin Monu avtobusun altına ataq, çünki problem ondadır”.
Mən belə düşünmürəm. Problem mən deyiləm. Hər gün yerim üçün mübarizə aparmıram, çünki onu qazanmışam. Klubdan böyük deyiləm. Mən heç nədən böyük deyiləm. Amma bu yeri qazanmışam”, – cinah oyunçusu deyib.
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi


































