Dünya
Ərdoğandan Kristerssona: Bizə lazımi dəstəyi verməlisiniz!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.
Bu barədə Publika.az “Haber Global”a istinadən xəbər verir.
Ərdoğan danışıqlar zamanı İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu bildirib.
Danışıqlar zamanı həmçinin bir çox məsələlər, xüsusən İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı müzakirələr aparılıb.
Türkiyə lideri və İsveç hökumətinin başçısı eləcə də terrorla mübarizəni, iki ölkə arasındakı münasibətləri, regional, qlobal problemləri müzakirə ediblər.
Ərdoğan İsveçin NATO-ya üzvlüyündən sonra müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.
Türkiyə Prezidenti iki ölkənin Təhlükəsizlik Əməkdaşlıq Mexanizmini işə salması lazım olduğunun vacib olduğunu da diqqətə çatdırıb.
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO