Dünya
Ak 10 milyon avro ayıracaq
Avropa Komissiyası (AK) Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro və Milli Dayanıqlı Enerji Mərkəzinə texniki dəstək üçün 3 milyon avro ayıracaq.
Publika.az Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə Kişineuda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.
Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirdiyi birgə brifinqdə o qeyd edib ki, AK həm də elektrikləşdirmə prosesini genişləndirməklə, eləcə də enerji sektorunu optimallaşdırmaqla 2050-ci ilə qədər emissiyaların sıfır səviyyəsinə nail olmaqda ölkəyə dəstək verəcək.
“Danışıqlara başlamaq qərarından sonra biz Aİ ilə dialoqumuzun daha da intensiv olacağı yeni mərhələyə qədəm qoyuruq ki, 2027-2028-ci illərdə Rumıniya və Beltsı-Suçava ilə enerji əlaqəsini başa çatdıranda Aİ-nin enerji bazarına inteqrasiya edə bilək”, - Parlikov bildirib.
Moldova Vulkaneştı-Kişineu və Beltsı-Suçava hava elektrik xətlərinin (400 kV) çəkilməsi, eləcə də Straşenıda 400 kV-lik üçüncü şəbəkələrarası xəttin tikintisini davam etdirməyi öhdəsinə götürüb.
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO















.jpg)








.jpg)


.jpg)








