Dünya
Krım hansı halda Ukraynaya qaytarıla bilər? – Üç şərt
“Krımın gələcək taleyi Ukrayna və Avropanın mövqeyindən, həmçinin Rusiyanın yarımadanı maliyyə baxımından necə dəstəkləyəcəyindən asılıdır”.
Publika.az xəbər verir ki, bu sözləri Moskva Karnegi Mərkəzinin aparıcı əməkdaşı, politoloq Liliya Şemsova “Ukrinform” saytına müsahibəsində deyib.
“Rusiya Krımı nə qədər saxlaya biləcək? Bu hər şeydən əvvəl Ukraynanın mövqeyindən asılıdır. Kiyev yeni və müvəffəqiyyətli dövlətini inşa etməli, bununla da Krım sakinləri üçün inkişaf etmiş sivilizasiya nümunəsi olmalıdır. Avropanın mövqeyindən də çox şey asılıdır. Avropa Krımın qaytarılması və Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmət etməkdə davam edəcəkmi? Və nəhayət, kasıblaşan Rusiya büdcəsi Krım sakinlərinin rifahı üçün pul ayıracaqmı? Bu suala cavab da Krımın gələcək taleyinə böyük ölçüdə aydınlıq gətirəcək”, - deyə Şevsova bildirib.
O, həmçinin inamlıdır ki, XXI əsrdə hərbi güc və təcavüzlə bünövrəsi qoyulan heç bir şey uzunömürlü ola bilməz. Politoloq Krımın zəbt edilməsindən sonra Vladimir Putinin ölkə daxilində artan nüfuzunun da daimi olmadığını qeyd edib: “Məsələn, 2008-ci il Gürcüstan müharibəsində rusiyalıların 87 faizi Putini dəstəklədilər. Amma sonra bu dəstəyin göstəricisi 60 faizə qədər azaldı”.
Xatırladaq ki, Krım bu ilin 16 martında keçirilən referendumla Ukraynadan ayrılıb. Rusiya prezidenti martın 17-də "Krım Respublikasının tanınması Haqqında" fərmanı imzalayıb. Martın 21-də isə Krımın Rusiya Federasiyası tərkibinə qatılması barəsində Putinlə Krım rəhbərliyi arasında müqavilə imzalanıb.
Ukrayna, o cümədən Qərb dünyası isə Krımın Rusiya tərəfindən ilhaq olunduğunu bildirir.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan