Türkiyə PUA-ları üçün daha bir iddiaçı: Nazir Fidanın sözləri diqqət mərkəzində
Bizi izləyin

Dünya

Türkiyə PUA-ları üçün daha bir iddiaçı: Nazir Fidanın sözləri diqqət mərkəzində

Türkiyə PUA-ları üçün daha bir iddiaçı: Nazir Fidanın sözləri diqqət mərkəzində

Türkiyənin hərbi silahlı pilotsuz uçuş aparatları (PUA) proqramı qlobal bazarda diqqəti cəlb etməyə davam edir.

Publika.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Misir arasında normallaşma prosesi çərçivəsində Misirin Türkiyədən pilotsuz uçuş aparatları (PUA) almasının gündəmdə olduğunu bildirib:

“Misirlə münasibətlərimizin normallaşdırılması prosesi böyük ölçüdə başa çatıb”. Fidan bu vəziyyətin Liviya ilə münasibətlərə müsbət təsir etdiyini bildirib.

Onun açıqlamaları Yunanıstan və Yaxın Şərq mətbuatında geniş işıqlandırılıb.

“Arab News” qəzeti “Türkiyə Misirə pilotsuz uçuş aparatları verməyə razı oldu” başlıqlı xəbərində belə bir qiymətləndirmə edib:

“Türkiyənin pilotsuz uçuş aparatlarına beynəlxalq tələbat onların Suriya, Liviya, Azərbaycan və Ukraynadakı münaqişələrə təsirindən sonra artıb”.

Yunanıstanın CNN telekanalı Fidanın ikitərəfli münasibətlərlə bağlı açıqlamalarını diqqətə çatdırıb:

“Yunanıstan və Türkiyə arasında problemlərin olduğu bəllidir. İki rəhbərlik problemləri bir kənara qoyaraq əməkdaşlıq etməyi üstün tuturlar”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm