Dünya
Çinin kriptovalyuta mədənçiləri bu Afrika ölkəsinə yerləşir
Efiopiya tezliklə Çin kriptovalyuta şirkətlərinin fəaliyyət göstərməsi üçün ən populyar məkana çevrilə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, bu, Afrikanın ən böyük su elektrik stansiyasının (SES) istifadəyə verilməsindən sonra ölkədə elektrik enerjisi qiymətinin dünyada ən aşağı olması ilə bağlıdır.
Çin Rəqəmsal Mədən Assosiasiyasının təsisçisi No Xu "Çinli mədənçilər üçün Efiopiya ən populyar yer olacaq" deyib.
“Bloomberg” izah edir ki, ölkənin əsas rəqabət üstünlüyü sənayenin yumşaq dövlət tənzimlənməsi və aşağı elektrik qiymətlərinin nadir birləşməsidir.
Kriptovalyuta mədən avadanlıqları böyük miqdarda elektrik enerjisi tələb edir; enerji xərcləri bütün mədənçilərin xərclərinin 80%-ni təşkil edə bilər. Kembric Universitetinin hesablamalarına görə, şirkətlər 2023-cü ildə təkcə Bitcoin hasilatına qlobal miqyasda təxminən 121 terawatt-saat sərf ediblər ki, bu da Argentinanın enerji istehlakı ilə müqayisə oluna bilər. Bəzi hökumətlər enerji təhlükəsizliyinə təhdidlər səbəbindən kriptovalyuta mədənçiliyini məhdudlaşdırmağa çalışırlar. Məsələn, 2013-cü ildə Çin Xalq Bankı (mərkəzi bank) maliyyə qurumlarına kriptovalyutalarla məşğul olmağı, satmağı və ya saxlamağı qadağan etdi. Ölkədə mədən işlərinə tam qadağa 2021-ci ildə tətbiq edilib.
Efiopiya hakimiyyəti, əksinə, 2022-ci ildə kriptovalyutaların çıxarılmasına icazə verdi. Bununla belə, elektrik enerjisi haqqı xarici valyutada tutulur ki, bu da hökumətə kəsiri kompensasiya etməyə imkan yaradır.
Nəticədə, cəmi bir il ərzində ölkə mədən avadanlıqlarının alınmasına görə dünyada (Texas ştatından sonra) ikinci yerə yüksəldi. “Bloomberg”in hesablamalarına görə, bir neçə il ərzində Afrika ölkəsində enerji kompleksinin inkişafı onu rəqəmsal valyuta mədən sənayesində aparıcı mövqe ilə təmin edə biləcək.
Tural
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi