Braziliyada uğursuz dövlət çevrilişinin təfərrüatları məlum oldu
Bizi izləyin

Dünya

Braziliyada uğursuz dövlət çevrilişinin təfərrüatları məlum oldu

Braziliyada uğursuz dövlət çevrilişinin təfərrüatları məlum oldu

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ölkənin yeni seçilmiş lideri Luiz İnasio Lula da Silvanı hakimiyyətə buraxmaq istəməyərək dövlət çevrilişi hazırlayıbmış.

Publika.az xəbər verir ki, “Financial Times” (FT) polis məlumatlarına istinadən bu uğursuz çevrilişin detallarını yayıb.
Qeyd edildiyi kimi, Bolsonaro sui-qəsddə iştirak etməyə razılıq verən bir neçə yüksək rütbəli hərbi məmuru prosesə cəlb edə bilib. Sui-qəsdçilər Silvanın ölkə rəhbəri postunu tutmasına mane olmaq, həmçinin seçki komitəsinin rəhbərini, ölkənin Ali

Məhkəməsinin hakimini və Braziliya Senatının sədrini həbs etmək istəyiblər.

Eyni zamanda, həmin dövrdə mühüm vəzifələrdə çalışan bir sıra hərbi qulluqçular çevrilişi dəstəkləmək üçün qoşun yeritməyə hazır olublar.

Bundan əvvəl məlum olmuşdu ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinərək istintaqa cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm