6 nəfəri öldürən, 99 nəfəri yaralayan terrorçuya hökm oxundu: Edam etsəniz də...
Bizi izləyin

Dünya

6 nəfəri öldürən, 99 nəfəri yaralayan terrorçuya hökm oxundu: Edam etsəniz də...

İstanbulun İstiqlal prospektində baş vermiş terror aktı ilə bağlı Suriya əsilli Əhlam Əlbəşirin məhkəmə prosesi yekunlaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokuror 6 nəfərin ölümünə, 99 nəfərin yaralanmasına səbəb olan Əhlam Əlbəşir və 35 müttəhim haqqında tələbəini açıqlayıb.

Təqsirləndirilən Əlbəşir “Dövlətin və ərazi bütövlüyünün vəhdətini pozma, silahlı terror təşkilatı yaratma və ya idarə etmə, silahlı terror təşkilatına üzv olma, qəsdən partlayış törədərək adam öldürmə” maddələri ilə ittiham edilib. Məhkuma ömürlük həbs cəzası verilib.

Terrorçunun son sözü belə olub: “Mənə dedilər ki, yalnız turist kimi gedəcəksən, ancaq fotoşəkil çəkəcəksən. Gecələr yata bilmirəm. Mən yetiməm və heç kimin yetim qalmasını istəmirəm. Məni edam etsəniz də, buna etiraz etməyəcəm”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm