Ekvador Rusiya texnikasını ABŞ-a verdi: Əvəzində görün nə aldı
Bizi izləyin

Dünya

Ekvador Rusiya texnikasını ABŞ-a verdi: Əvəzində görün nə aldı

Ekvador Rusiya texnikasını ABŞ-a verdi: Əvəzində görün nə aldı

Ekvador silahlı qüvvələri ABŞ-a Rusiya-Sovet istehsalı olan silah və hərbi texnikanın təhvil verilməsinə dair razılaşmanın bir hissəsi olaraq, Vaşinqtondan açıqlanmayan sayda UH-60A/L Black Hawk çoxməqsədli nəqliyyat helikopterləri alacaq.

Publika.az xəbər verir ki, bu barədə "Infodefensa" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkə ordusunun texniki xidmətlə bağlı problemlər və onlar üçün ehtiyat hissələrinin olmaması səbəbindən bu maşınlardan praktiki olaraq istifadə etmir. Hazırda yalnız bir belə helikopter işlək vəziyyətdədir.

Beləliklə, Latın Amerikası ölkəsinin silahlı qüvvələri Kolumbiya, Braziliya, Argentina, Meksika və Çilidən sonra Latın Amerikasında "Black Hawk" helikopterlərinin altıncı operatoru olacaq.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm