Dünya
Blinken Çinin bu əməlindən narahatdır
ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə Çin tərəfindən dəstək verilməsindən narahatlığını bildirib.
Publika.az xəbər verir ki, ABŞ rəsmisi bu narahatlığını Munxen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşdə dilə gətirib. Dövlət Departamentinin görüşə dair açıqlamasında deyilir ki, Antoni Blinken ÇXR-in Rusiya müdafiə sənayesinə dəstəyi ilə bağlı ölkəsinin narazılığını çatdırıb.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri ABŞ başda olmaqla Qərb blokuna daxil olan ölkələrin rəsmiləri bir neçə dəfə Çinin Rusiyaya hərbi dəstək göstərməsinə dair açıqlamalar verib. Bura həm də Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəyi, ikili təyinatlı məhsulların ixracı və s. daxildir. Çin tərəfi isə bu iddiaları qəti surətdə təkzib edir.
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO











.png)



















