Qədim Misirdə ilk mumiyaların SİRRİ AÇILDI
Bizi izləyin

Dünya

Qədim Misirdə ilk mumiyaların SİRRİ AÇILDI

Britaniyalı alimlər müəyyən ediblər ki, Qədim Misirdə ilk mumiyalar tarixçilərin mövcud hesablamalarından xeyli əvvəl yaranıb.

Publika.az xəbər verir ki, tədqiqat “Journal of Archaeological Science” (JAS) elmi nəşrində dərc olunub .

Əvvəlki araşdırmalara görə, Misir mumiyalanmasının mənşəyi təxminən eramızdan əvvəl 4300-cü ilə aiddir. Arxeoloji sübutlar bunu göstərir.

Lakin 2014-cü ildə alimlər Qahirədən 320 kilometr cənubda yerləşən Mostagedda qəbiristanlığında mumiyaların bükülməsi üçün istifadə olunan materialların qalıqlarını aşkar ediblər . Son təhlillər tapıntıların 6300 yaşı olduğunu göstərib. Eyni zamanda, material bitki yağı, heyvan yağı, mum və saqqız daxil olmaqla, balzamlama qatranlarının xarakterik tərkibi ilə doymuşdur.

Beləliklə, Misirdə ilk mumiyalar yazının ixtirasından təxminən 3 min il əvvəl (e.ə. 3150) və ilk piramidaların yaradılmasından 3,6 min il əvvəl (e.ə. 2667) meydana çıxa bilər.

Alimlər qeyd ediblər ki, misirlilər süni mumiyalama ilə yanaşı təbii üsula da əl atıb, mərhumu səhranın isti və quru qumunda basdırıblar. Bu cür məlum olan ən qədim mumiyalar eramızdan əvvəl 5000-ci ilə aiddir. Arxeoloqlar hesab edirlər ki, bu dəfn üsulu balzamlama imkanı olmayan insanlar üçüm istifadə edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm