Dünya
Bu ölkə dünyanın ilk taxta peykini buraxacaq
Kioto Universitetinin yapon alimləri dünyanın ilk taxta kosmik peyki olan "LignoSat"ı yaradıblar.
Publika.az xəbər verir ki, bu barədə "Guardian" qəzeti məlumat yayıb.
"LignoSat" Beynəlxalq Kosmik Stansiyada il boyu aparılan sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanır.
Yaradıcıların fikrincə, taxta zond iki problemi həll etməlidir - resurslara qənaət və ətraf mühitə təsirin azaldılması.
“Bütün peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır. Bu, son nəticədə Yerin ətraf mühitinə təsir edəcək”, - deyə Kioto Universitetinin yapon astronavtı və aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib.
"LignoSat 2024"cü ilin yayında orbitə buraxılmalıdır. O, oraya BKS-in təchizat gəmisi "Orbital Sciences Cygnus" və ya "SpaceX"in "Dragon" raketi ilə çatdırılacaq.
Zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.
Hüseyn İbadlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO