Dünya
Almaniya Latviyaya beş qırıcı yerləşdirir

Almaniya Baltik dənizi üzərində NATO hava məkanını qorumaq üçün Latviyaya beş “Eurofighter” qırıcısı yerləşdirir.
Publika.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, qırıcılar Noyburq-an-der-Donau şəhərindən havaya qalxıb və Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna çatmalıdır.
Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacaq.
Xatırladaq ki, Baltikyanı ölkələr 20 il əvvəl NATO-ya qoşulandan bəri alyansa üzv ölkələr mütəmadi olaraq bölgəyə təyyarələr göndərir.
2014-cü ildən 2023-cü ilə qədər Estoniyadakı Emari hərbi aerodromu Almaniyanın “Eurofighter” qırıcıları üçün baza olub. Emari aviabazasında aparılan təmir işləri ilə əlaqədar olaraq, qırıcılar bu il Latviyadakı Lielvarde aerodromundan istifadə edir.

-
Nida Xəbər 22:42
Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
-
Kriminal21:17
Vardanyanın cinayət işinin məhkəmə baxışı davam etdirildi
-
Magazin121:05
Çimnaz Sultanovanın Xalq artisti ilə arxiv VİDEOSU
-
Nida Xəbər 20:23
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA
-
ABŞ20:00
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi
-
İnanc19:20
Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA
-
Kriminal18:40
Ana 3 övladının biləklərini kəsdi: 2-si öldü
-
Dünya16:24
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər