ABŞ-dan Makronun bu iddiasına reaksiya gəldi: Blefdir
Bizi izləyin

Dünya

ABŞ-dan Makronun bu iddiasına reaksiya gəldi: Blefdir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Robert Baer Ukraynaya Qərb qoşunlarının göndərilməsinin mümkünlüyünü iddia edən Fransa prezidenti Emmanuel Makronun bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, Baerin fikrini “EUobserver” sitat gətirib.

Baer Makronun sözlərini blef adlandırıb, çünki NATO-nun Rusiya ilə qarşılaşmaq üçün kifayət qədər texnikası və əsgəri yoxdur. Onun fikrincə, “Patriot” hava hücumundan müdafiə sistemi kimi NATO-nun raketləri Ukraynada özünü doğrultmayıb.

"Fransa Ukraynanın uzun müddət dayana biləcəyinə əmin deyil", - deyə Baer bildirib.

Bundan əvvəl Makron etiraf etmişdi ki, konsensusun olmamasına baxmayaraq, Avropa qoşunlarının Ukrayna ərazisinə yeridilməsi istisna oluna bilməz. O, həmçinin əmin edib ki, Qərb Rusiya ilə müharibəyə başlamaq niyyətində deyil.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm