Respublikaçılar qubernator seçkilərində də demokratlardan öndədir
Bizi izləyin

Dünya

Respublikaçılar qubernator seçkilərində də demokratlardan öndədir

ABŞ Respublikaçılar Partiyası qubernator seçkilərində də liderlik edir.

Publika.az-ın xarici mətbuata istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən respublikaçı namizədlər qubernator seçkiləri keçirilən 36 ştatdan 24-də, demokratlar isə 8 ştatda öndədir.

Daha 4 ştatda isə səslərin hesablanması davam edir.

Qeyd edək ki, dünən Konqresin Nümayəndələr Palatasında bütün yerlərə, Senatda isə yerlərin üçdə birinə seçkilər keçirilib. Bu seçkidən sonra Nümayəndələr Palatasının 435, Senatın isə 36 yeri dəyişəcək. Hazırkı nəticələrə görə, Respublikaçılar Partiyası Konqresin hər iki qanadı – Nümayəndələr Palatası və Senatda əksəriyyəti əldə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm