Dünya
Sülhəddin Əkbər: “Milli Şuranın mitinqi ictimai-siyasi fikrə təsir etməyəcək”
“Milli Şuranın mitinqin ictimai-siyasi fikrə təsir etməyəcəyi qənaətindəyəm”.
Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar
Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.
Onun sözlərinə görə, mitinq keçirmək hər bir insanın konstitusion
hüququdur: “Hər bir təşkilat və şəxs mitinq təşkil edə bilər. Ancaq
indiki şəraitdə mitinqlərə elə bir sosial tələb yoxdur. Yəni
ictimai passivlik dövründə insanların mitinqə dəstək verəcəyini
düşünmürəm. Yalnız ictimai siyasi aktiv kəsimin bir hissəsi bu
mitinqlərə qatılır”.
S. Əkbər cəmiyyətin müxalifətə inamının sarsıldığını bildirib.
“Müxalifətin apardığı uzun illik mübarizənin nəticə verməməsi demokratik qüvvələrə inamı sarsıdıb. Bu, reallıqdır. Bunu nəzərə almaq, dəyərləndirmək, buna uyğun addım atmaq lazımdır. Ümumiyyətlə, yeni siyasi şərait yaranmayana qədər vətəndaşların müxalif qüvvələrə kütləvi dəstək verəcəyini düşünmürəm. Azərbaycanda milli azadlıq hərəkatı başlayandan 2010-cu ilə qədər bir dövr tamamlandı. İndi durğunluq dövrüdür, bunun sonunda yeni situasiya yaranacaq. Bunun üçün də bir qədər gözləməli olacağıq”.
Asif Nərimanlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq