Bayden xəbərdarlıq etdi: Bu əməliyyatı keçirmək İsrailin səhvi olacaq
Bizi izləyin

Dünya

Bayden xəbərdarlıq etdi: Bu əməliyyatı keçirmək İsrailin səhvi olacaq

İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, İsrail hökuməti başçısının ofisinin məlumatına görə, söhbət təxminən 45 dəqiqə davam edib.

“Tərəflər müharibədəki vəziyyətdən, İsrailin məqsədlərinə nail olmaq öhdəliyindən danışıb. HƏMAS-ı məhv etmək, bütün girovlarımızı azad etmək, Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağını təmin etmək və eyni zamanda bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımın çatdırılması haqqında geniş müzakirələr olunub" - deyə rəsmi mənbə qeyd edib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Cek Sullivan deyib ki, ABŞ prezidenti Netanyahuya “İsrailin Rəfahda böyük hərbi əməliyyatlar keçirməsi perspektivindən dərin narahat olduğunu” deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, HƏMAS-a Rəfaha və ya başqa yerə sığınmaq olmaz. Amma orada böyük bir quru əməliyyatı keçirmək səhv olardı. Bu, daha çox günahsız mülki insanın ölümünə səbəb olacaq, onsuz da dəhşətli humanitar böhranı daha da pisləşdirəcək və İsraili beynəlxalq səviyyədə daha da təcrid edəcək".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm