Hadisə
Suqovuşanda mina partladı: Xəsarət alan var
Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır







.jpg)













.jpg)
.jpg)













