Yaxın Şərq
Tehranda rus kilsəsi vuruldu: Raket zərbələri - FOTO
Rus Pravoslav Kilsəsinin Tehranda yerləşən Müqəddəs Nikolay kilsəsi ABŞ-ın keçmiş səfirliyinə endirilən hava zərbələri nəticəsində ciddi ziyan görüb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyinə kilsənin nümayəndəsi Varlaam (Dulski) məlumat verib.
Onun sözlərinə görə, kilsənin giriş darvazaları və qapıları zədələnib, bütün pəncərələrin şüşələri sınıb. Həmçinin kilsə ərazisindəki bəzi köməkçi tikililərin tavanları uçub.
O bildirib ki, kilsədən cəmi 150 metr məsafədə yerləşən ABŞ-ın keçmiş səfirliyinin ərazisinə ən azı iki raket düşüb. Dağıntılar və kilsəyə dəyən ziyan həmin partlayışların dalğası nəticəsində yaranıb.
Müəllif: Adəm
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi



































