Brüssel PKK-ya sərt xəbərdarlıq etdi: təxribatlara son qoyulmasa...
Bizi izləyin

Dünya

Brüssel PKK-ya sərt xəbərdarlıq etdi: təxribatlara son qoyulmasa...

Belçikanın Baş naziri Aleksander De Kro Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında son günlər PKK terror təşkilatı tərəfdarlarının ölkənin müxtəlif bölgələrində türkləri hədəf alan hücumlarından danışıb.

Publika.az xəbər verir ki, Belçikada fikir və ifadə azadlığının olduğunu bildirən Baş nazir qeyd edib ki, PKK kimi bir terror təşkilatına dözmək olmaz:

“PKK Avropada da terror təşkilatı sayılır. Bu mesajı açıq şəkildə vermək istəyirik: təxribatlara son qoyulmalıdır. Şiddətli hadisələrə xaricdən çox sayda insan da qatılır. Ancaq bunun xaricdən təşkil edildiyinə dair əlimizdə heç bir dəlil yoxdur”.

Qeyd edək ki, PKK/YPG-nin 150-yə yaxın tərəfdarı martın 25-də Brüsseldə Avropa Parlamentinin qarşısındakı barrikadaları sökərək polisə hücum edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm