Dünya
Türkiyənin suda üzən döyüş maşını
Türk mütəxəssislərinin hazırladığı suda üzən döyüş maşını "Samur" dünya ordusunun diqqətini çəkib.
"Milliyet" qəzetinin məlumatına görə, dünya ordusu Türkiyə istehsalı olan çaylardan keçməyi asanlaşdıran "Samur" döyüş maşını ilə maraqlanmağa başlayıb.
Türkiyə Silahlı Qüvvələri tərəfindən 2011-ci ildə alınaraq orduya cəlb edilən döyüş texnikası üzərində daşıdığı yüklə istənilən su maneəsini keçməyə qadirdir. O, həm suda, həm də quruda hərəkət edə bilir.
Təxminən 13 metr uzunluğu, 36 ton çəkisi olan bu vasitə qurudakı hər hansısa bir tankı çox qısa müddətdə üzərinə alaraq qarşı tərəfə keçirə bilməsi ilə yanaşı, bir neçə metr uzunluqda bir-birinə bağlanan körpü kimi də istifadə oluna bilir.
"Samur"un sürücü kabinəsi bioloji, kimyəvi, radioloji və nüvə qoruma xüsusiyyətinə malikdir. Gecəgörmə kameraları zülmət qaranlıqda da hərəkət etmək imkanı verir.
Qeyd edək ki, bir çox ölkələrdə buna bənzər döyüş texnikaları olsa da, eynilə bunun kimisi yoxdur. Bu səbəbdən də bəzi ölkələr hərbi qüvvələrinə bu texnikanı cəlb etmək üçün Türkiyə rəsmilərilə danışıqlara girir. /ans[ress/
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan