Öz-özünə “Rus Ruleti” oynadı, əzrail qalib oldu
Bizi izləyin

Dünya

Öz-özünə “Rus Ruleti” oynadı, əzrail qalib oldu

Türkiyənin Kayseri şəhərində dostu 41 yaşlı Həsən Ü. ilə bir şüşə içkidən iddiaya girərək “Rus ruleti” oynayan 44 yaşlı Hacı Mehmet Ünaldı həlak olub.

Türkiyənin Kayseri şəhərində dostu 41 yaşlı Həsən Ü. ilə bir şüşə içkidən iddiaya girərək “Rus ruleti” oynayan 44 yaşlı Hacı Mehmet Ünaldı həlak olub.

Hadisə dünən saat 08.00 radələrində baş verib. İddiaya görə, dostu Həsən Ü. ilə birlikdə iş yerində içki içən Hacı Mehmet Ünaldı belindəki tapançanı çıxararaq dostuna “Rus ruleti” oynamağı və uduzanın bir şüşə içki almağını təklif edib.

Tapançada 1 güllə saxlayan Ünaldı oyuna əvvəlcə özü başlayıb, sonra isə dostuna verib.

Həsən Ü. Ünaldının ciddi olduğunu başa düşəndən sonra qorxaraq oyundan imtina edib. İddiaya görə, oyuna öz-özünə davam edən Ünaldının başına dirədiyi tapança bu dəfə partlayıb. Ağır yaralanan Ünaldı xəstəxanaya çatdırılsa da, həyatını itirib.

Nəzarətə aparılan və içkili olduğu məlum olan Həsən Ü. polisdəki ifadəsində, “Hacı Mehmet ilə birlikdə içki içirdik. Bir şüşə içki üçün Rus ruleti oynamağı təklif edib tapançasını çıxardı. 2 dəfədən sonra tətiyi çəkdi. Daha sonra isə tapança birdən-birə partladı” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm