Ərik bağında dəhşətli hadisə: Bal arısının sancdığı şəxs...
Bizi izləyin

Dünya

Ərik bağında dəhşətli hadisə: Bal arısının sancdığı şəxs...

Malatya şəhərində arı sancan şəxs komaya düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı Əhməd adlı kişini ağacdan ərik yığarkən bal arısı sancıb.

Hadisədən panikaya düşən şəxs ağacdan yıxılaraq yaralanıb. Ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb.

Allergik reaksiya səbəbiylə travma aldığı müəyyən edilən Əhməd əməliyyat olunub. Onun həyati təhlükəsinin davam etdiyi bildirilir.

Araşdırmalara görə, arı sancmalarına qarşı allergik reaksiyaları olan şəxslərdə ciddi sağlamlıq problemləri yarana bilər. Mütəxəssislər arı sancmasına qarşı allergiyası olan insanlara açıq havada iş zamanı ehtiyat tədbirlərinə əməl etməyi və hər hansı sancma zamanı dərhal həkimə müraciət etməyi tövsiyə edir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm