Çin onlara xəbərdarlıq etdi: Odla oynayırsınız, yanarsınız
Bizi izləyin

Dünya

Çin onlara xəbərdarlıq etdi: Odla oynayırsınız, yanarsınız

Xəbər verdiyimiz kimi, Çin Tayvan adası sahillərində hərbi təlimlərə başlayıb. Ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Qian təlimlərin bölgədə gərginliyi artıranlara cavab olduğunu bildiriub.

Publika.az xəbər verir ki, Vu təlimdə quru, dəniz, hava və raket qüvvələrindən ibarət qoşunların birgə döyüş qabiliyyətinin yoxlanıldığını deyib.

Nazir Tayvan lideri Lai Çinq-tenin xarici güclərə arxalanaraq Tayvanın müstəqilliyinə nail olmağa çalışdığını vurğulayıb. O, bununla liderin Çinə meydan oxuduğunu iddia edib. Lainin bölgəni müharibə təhlükəsinə doğru sürüklədiyini bildirən Vu "Bu, tamamilə odla oynamaqdır və odla oynayanlar sonda yanacaqlar" deyib.

"Tayvan ətrafında tamamilə ağlabatan, qanuni və zəruri olan hərbi təlimlər separatçı qüvvələrin təkəbbürünə son qoymaq və xarici güclərin müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır", - Vu əlavə edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm