Stoltenberqdən Ukrayna açıqlaması: silahlarla bağlı məhdudiyyət ləğv edilməlidir
Bizi izləyin

Dünya

Stoltenberqdən Ukrayna açıqlaması: silahlarla bağlı məhdudiyyət ləğv edilməlidir

Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində deyib.

“Biz bunun nə olduğunu yadda saxlamalıyıq. Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsidir. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bura Rusiya ərazisindəki hədəfləri vurmaq da daxildir”, – deyə Stoltenberq təkid edib.

Stoltenberq qeyd edib ki, NATO Ukraynaya qoşun göndərməyi nəzərdən keçirmir və təşkilat Rusiya ilə birbaşa qarşıdurmadan qaçınmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm