Bu Avropa ölkələrindən Rusiyaya qarşı yeni plan: "Dron divarı” qururlar
Bizi izləyin

Dünya

Bu Avropa ölkələrindən Rusiyaya qarşı yeni plan: "Dron divarı” qururlar

Baltikyanı ölkələr, Polşa, Ukrayna, Finlandiya və Norveçin Daxili İşlər Nazirliklərinin rəhbərləri Latviyada adıçəkilən ölkələrin sərhədlərini Rusiya və Belarusdan qorumaq üçün “dron divarının” yaradılması ideyasını müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər mülki təhlükəsizliyin daha da gücləndirilməsinin zəruriliyini müzakirə ediblər. Region ölkələri öz planlarını təqdim edərək siyasi, ekspert və taktiki səviyyələrdə gələcək koordinasiya haqqında razılığa gəliblər.

İclas çərçivəsində mövcud Avropa Birliyinin maliyyə mənbələri hesabına dayanıqlılığı və reaksiya qabiliyyətini artırmaq üçün ümumi tədbirlərin maliyyələşdirilməsi imkanlarını axtarmaq qərara alınıb. Litvanın daxili işlər naziri Aqne Bilotaite regional səviyyədə kütləvi evakuasiya üzrə birgə təlimlərin təşkilini təklif edib.

Nazirlər həmçinin xarici sərhədlərdəki vəziyyəti və təhlükəsizlik təhdidlərini müzakirə edərək, Rusiya və Belarusun yaratdığı təhlükələrə xüsusi diqqət yetiriblər.

Onlar "pilotsuz sərhəd" ideyasını - Norveçdən Polşaya qədər Rusiya və Belarusla bütün xarici sərhədin daimi hava təhlükəsizliyinin mümkünlüyünü müzakirə ediblər. Nazir Bilotaitenin sözlərinə görə, “dron divarı” ümumi regional dayanıqlığın təmin edilməsində mühüm elementə çevriləcək.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm