Dünya
Daha iki ölkə İsveçrədəki sammitdən imtina etdi: Bu səbəbdən

İyunun 7-nə keçən gecə bir neçə ölkə Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh konfransı üçün İsveçrəyə öz nümayəndələrini göndərməkdən imtina etdiklərini elan edibər.
Publika.az xəbər verir ki, Nikaraqua Xarici İşlər Nazirliyi qarşıdan gələn sammiti siyasi fars hesab etdiyini bəyan edib. Diplomatlar qeyd ediblər ki, sammit iştirakçıları sülhə gedən yol tapmaq niyyətində deyillər, sadəcə olaraq “Rusiyaya növbəti ultimatum təqdim etmək” istəyirlər.
Meksikanın Moskvadakı səfirliyi bildirib ki, Mexiko Rusiya tərəfinin sammitdə iştirak etməməsi səbəbindən aldığı dəvətdən imtina edib. “Ölkəmiz sülh tərəfdarıdır, ona görə də biz gözləyirik ki, tezliklə hər iki tərəfinin iştirak edəcəyi danışıqların aparılması mümkün olacaq”, - diplomatlar bildiriblər.
Bundan əvvəl Latın Amerikasının digər ölkəsi Braziliyanın İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransa yüksək rütbəli məmurlarını göndərməyəcəyi barədə məlumat yayılmışdı. Sammitdə yalnız Braziliyanın Berndəki səfiri Klaudia Fonseca Buzzi iştirak edəcək və siyasi qərarlar qəbul etmək səlahiyyətinə malik olmayacaq.
Tural

-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO