Dünya
Azərbaycanlı namizəddən qadınlara dəstək: İranda məcburi hicab...
![](https://publika.az/storage/2024/06/15/0dff2a88-c238-4df5-9a95-99e1013b2a3f.jpg?v1719232935)
İranda prezident seçkilərində islahatçı namizəd olan Məsud Pezeşkian ölkədə məcburi hicab tətbiqini tənqid edib.
Publika.az xəbər verir ki, Pezeşkian paytaxt Tehrandakı təşviqat mərkəzlərindən birində keçirilən “Məsud Pezeşkianı dəstəkləyən qadınların konfransı”nda çıxış edib.
O, çıxışında "40 ildir ki, çadranı müdaxilələrlə düzəltməyə çalışırıq, amma daha da pisləşdirmədikmi? Bu plan bizi qaranlığa doğru çəkəcək" deyib.
“Həyatımda səs yığmaq üçün heç vaxt yalan danışmamışam və səhv şüar səsləndirməmişəm. Mən haqlara və ədalətə inanıram. Qadın, məzhəb və etnik mənsubiyyətin hüquqları mənim üçün önəmlidir. Kişi, qadın, türk, kürd və ya bəluc olması mənim üçün fərq etməz", - Pezeşkian əlavə edib.
Qeyd edək ki, Məsud Pezeşkian həm də seçkidə azərbaycanlı (türk) səslərinə əsas iddiaçı sayılır. O, Xatəmi hakimiyyəti illərində səhiyyə naziri işləyib. Pezeşkian Təbriz seçki dairəsini parlamentdə beşinci dəfə təmsil edib. Builki parlament seçkilərində onun kvalifikasiyası (məqsədəmüvafiq namizəd olması) rədd edilmiş və sonra təsdiq edilmişdi.
Roza Şəfiyeva
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman16:33
Dünyanın ən seksual qadın futbolçusu onunla eşq yaşayır - FOTOLAR
-
Magazin215:56
“Xarici agent” Rusiyaya qayıtdı
-
Rəsmi xronika14:53
İlham Əliyev sərəncam imzaladı
-
Kriminal14:36
Səbuhi Rəcəb gəlinini amansızlıqla öldürən qayınatanın yaxınlarından 155 min alıbmış - VİDEO
-
Hadisə13:41
Bakıda iş adamı həbs edildi – 245 minlik borca görə
-
Hadisə12:26
Basqın zamanı ölən və yaralanan şəxslər tanınmış jurnalistin qohumlarıdır - FOTO
-
Magazin112:11
Vaqif Əsədov oğluna toy etdi - VİDEO
-
Sosial11:31
Bu gün qətlə yetirilən polislə bağlı təsirli fakt - Toyu olacaqdı