MAQATE rəhbəri aparıcı nüvə dövlətinin ADINI AÇIQLADI
Bizi izləyin

Dünya

MAQATE rəhbəri aparıcı nüvə dövlətinin ADINI AÇIQLADI

"Rusiya aparıcı nüvə dövlətidir. "Rosatom" dünyada bir nömrəli təchizatçıdır. Artıq dediyimiz kimi, "Rosatom" hətta anti-Rusiya sanksiyaları tətbiq edən və münaqişənin digər tərəfini açıq şəkildə tutan ölkələrdə də mövcuddur".

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) rəhbəri Rafael Qrossi deyib.

"Bütün bu çətinliklərə baxmayaraq, Rusiya nüvə nizamının yaradılmasında iştirak edib. Sözsüz ki, bu əməkdaşlıq güclüdür və davam edəcək", - o əlavə edib.

İyunun 15-də Qrossi İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etmək fikrində olmadığını açıqlayıb. O, texniki işi siyasətlə qarışdırmamaq üçün bu qərarı verib. Həmçinin, tədbirə hazırlıq zamanı Ukraynanın energetika naziri German Qaluşenko ilə əlaqə saxladığını söyləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm