Fahrettin Koca istefa ərizəsini Ərdoğana təqdim etdi: Türkiyədə nə baş verir?
Bizi izləyin

Dünya

Fahrettin Koca istefa ərizəsini Ərdoğana təqdim etdi: Türkiyədə nə baş verir?

Türkiyənin Səhiyyə Naziri Fahrettin Kocanın istefa ərizəsini prezident Ərdoğana təqdim etdiyi iddia edilib.

Publika.az xəbər verir ki, iddialara görə, Koca Ərdoğana zəng edərək istefa verdiyini deyib. Ərdoğan da onun istefasını qəbul edib.

Jurnalist İsmail Saymaz Kocaya istefa iddiaları ilə bağlı sual verib. O, "İstefa verdiyiniz doğrudurmu? sualına “Həyatda hər şey ola bilər, bilirsən. Önəmli olan hər mövqedə millətə, dövlətə xidmət etməkdir" cavabını verib.

Həmçinin Koca “Bu gün prezidentlə görüşmüsünüz?” sualına “Biz həmişə görüşürük”,- deyə cavab verib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm