Suriya-Türkiyə münasibətlərində Rusiyanın rolu - Barışıq olacaq?
Bizi izləyin

Dünya

Suriya-Türkiyə münasibətlərində Rusiyanın rolu - Barışıq olacaq?

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev Dəməşqə gedərək ölkə başçısı Bəşər Əsədlə görüşüb.

Publika.az xəbər verir ki, Əsədin son vaxtlar Türkiyəyə qarşı mövqeyinin yumşaldığı hiss olunur. Buna səbəb onun hər cür təşəbbüsə açıq olduğunu bildirməsidir.

“Suriyanın ərazi bütövlüyünü təmin edəcək, Türkiyə ilə münasibətləri normallaşdıracaq bütün cəhd və təşəbbüslərə açığıq”,- deyə Suriya prezidenti Bəşər Əsəd əlavə edib.

Aleksandr Lavrentiyev isə Putindən Əsədə mühüm mesaj gətirdiyini diqqətə çatdırıb:

“Rusiyadakı Yaxın Şərq ekspertləri Moskvanın Ankara ilə Dəməşq arasında yeni vasitəçisi kimi çıxış etmək niyyətindədir. Bununla yanaşı mümkün İsrail-Livan müharibəsindən əvvəl iki ölkəni barışdırmaq istəyirik”.

Xatırladaq ki, Lavrentiyevin Suriya administrasiyası ilə danışıqları iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ilə bağlıdır.

ŞƏT sammitinə qonaq qismində dəvət olunan prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə 5 aydır təxirə salınan ikitərəfli görüşünün keçiriləcəyi planlaşdırılır. Liderlərin Astanada Ukrayna müharibəsi,Türkiyə-Rusiya münasibətləri və Suriya-Türkiyə dialoqunu müzakirə edəcəyi gözlənilir.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Hələbin şimalında Əl-Bab yolundakı Abo Əl-Zəndin sərhəd qapısının açılması üçün səylər davam etdirilir. Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşma çərçivəsində iki gün ərzində sərhədin açılması gözlənilir. Bu sərhədə Türkiyə nəzarət edəcək. Sərhəddə mülki vətəndaşlarla yanaşı ticari əlaqələrin olacağı gözlənilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm