Putin Tramp və Baydenə görə "budilnik" qurmayacaq – Peskov
Bizi izləyin

Dünya

Putin Tramp və Baydenə görə "budilnik" qurmayacaq – Peskov

Co Bayden və Donald Tramp arasında debat Rusiya prezidentinin gündəliyində deyil, lakin Kreml ABŞ siyasətçilərinin bəyanatları ilə tanış olacaq.

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Düşünmürəm ki, siz Rusiya prezidentinin zəngli saat qurub səhər ABŞ-dakı debatları izləyə biləcəyini gözləyirsiniz. Bizim çox vacib məsələlərimiz var. Debatlar onlardan biri deyil", - deyə Peskov jurnalistlərə bildirib.

O, həmçinin Moskvanın ABŞ-ın seçki kampaniyalarına heç vaxt müdaxilə etmədiyini, indi də etməyəcəyini və debatları dəyərləndirməyəcəyini də əlavə edib.

Qeyd edək ki, debat CNN tərəfindən yayımlanıb. 90 dəqiqə davam edən debatda studiyada tamaşaçı olmayıb. Və yalnız bir mikrofon işləyib. İkinci turun sentyabrın 10-da keçirilməsi nəzərdə tutulur.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm