Bayden və Trampın debatı dünyanı silkələdi - Almaniya da dilə gəldi
Bizi izləyin

Dünya

Bayden və Trampın debatı dünyanı silkələdi - Almaniya da dilə gəldi

ABŞ prezidenti Co Baydenin Donald Trampla debatı tam uğursuzluqla başa çatdıqdan sonra yarışı tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.

Qeyd edilir ki, Bayden debatdan ABŞ-a daha dörd il rəhbərlik edə biləcəyini sübut etmək üçün istifadə etmək istəyirdi.

"Amma hər şey əksinə oldu. O və müşavirləri tam əksinə nail oldular. Bir çox televiziya şərhçiləri sonra bunu fəlakət adlandırdılar", - "Der Spiegel" yazır.

Materialda deyilir ki, Demokratlar Partiyasında Baydenin daha gənc namizədlə əvəzlənməsi ilə bağlı müzakirələr intensivləşə bilər.

Qeyd edək ki, Tramp və Bayden arasında seçki debatı iyunun 28-nə keçən gecə CNN telekanalında baş tutub. ABŞ-da prezident seçkiləri noyabrın 5-də başlayacaq.

"Ağ Evin 81 yaşlı rəhbəri yenidən seçilmək üçün yaşı əngəl hesab etməkdən imtina edib. O, ABŞ-ın ən yaşlı prezidentidir. 2024-cü ildə seçkilərdə qalib gəlsə, Bayden vəzifəyə gələndə 82 yaşı olacaq. Siyasətçinin özü də yaşını təcrübə sübutu hesab edir. Donald Trampın isə 77 yaşı var", - material bu fikirlə yekunlaşır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm