Kiyevə icazə verildi: Rusiyanı VURUN
Bizi izləyin

Dünya

Kiyevə icazə verildi: Rusiyanı VURUN

Rusiya hərbçiləri cəbhəni genişləndirməyə çalışarsa, ABŞ Ukraynanın Rusiyaya hücumlarının əhatə dairəsini böyütməyə razı olacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

Onun sözlərinə görə, rus qoşunları hazırda hücum imkanlarını itirir:

“Rusiyanın Ukraynaya hücum imkanlarında dramatik dəyişikliklərin şahidi oluruq”.

Ceyms O`Brayen ABŞ-ın prioritetinin Ukraynanı silahla təmin etmək və böyük ehtiyac olan ərazilərdə cəmləşdirmək olduğunu vurğulayıb.

“Birincisi, bu, Rusiyanın Xarkov yaxınlığında hücum etdiyi ərazidir. İndi isə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın ötən həftə dediyi kimi, Rusiya bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya Rusiya ərazisindəki hədəfləri daha geniş məsafədən vurmağa icazə veriləcək”, - deyə O'Brayen əlavə edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm