Avropa fəlakətin astanasında: müttəfiqlik müharibələri başlayıb, çevriliş gözlənilir
Bizi izləyin

Dünya

Avropa fəlakətin astanasında: müttəfiqlik müharibələri başlayıb, çevriliş gözlənilir

Xəbər verdiyimiz kimi, Fransada keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda Marin Le Penin ifrat sağçı partiyası RN 33,15 faiz səslə birinci yeri tutub.

Publika.az xəbər verir ki, ifrat sağçı partiyaların bir-bir hakimiyyətə gəlməsi Avropa gündəmindədir. Qərb mətbuatının manşetlərində günlərdir ki, “fəlakət” ssenarilərindən bəhs edilir.

İyulun 7-də keçiriləcək ikinci turda ifrat sağçıların birinci olacağı gözlənilir. İkinci tura qədər ölkədə partiyalar arasında müttəfiqlik müharibələri gedir. Le Pen açıqlamasında Fransa prezidenti Emmanuel Makronu yüksək səviyyəli dövlət məmurlarını təyin edərək inzibati çevriliş etməkdə ittiham edib.

Eyni zamanda Niderlandda seçkilərdən sonra irqçi və islamofob lider Geert Vildersin ifrat sağ mərkəzçi sağ koalisiya hökuməti qurulub. Keçmiş kəşfiyyat rəhbəri Dik Şof baş nazir olub.

Almaniyada ictimaiyyət arasında hakim koalisiyaya inamın itməsi sürətlə artır. Digər tərəfdən, ifrat sağçı AfD-nin güclənməsi qarşısıalınmaz hal alıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm