Qazaxıstanın 4 şəhərində terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır
Bizi izləyin

Dünya

Qazaxıstanın 4 şəhərində terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır

Astana şəhərində mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə vətəndaşlarına müraciət edib.

Publika.az xəbər verir ki, Astana, Almatı, Qaraqanda və Kökşetau sakinlərinə xəbərdarlıq edilib ki, Astanaya sammit üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə, dörd şəhərdə terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır və sakinlər üçün bir sıra məhdudiyyətlər tətbiq edilir.

Qurumdan bildirilib ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Çin Xalq Respublikası Sədrinin dövlət səfəri də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək.

Mühafizə olunan şəxslərin xüsusi marşrut üzrə hərəkət etdiyi ərazilərdə şəhər sərnişin nəqliyyatının hərəkəti dayandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm