İsveçrədə Medvedevdən inciyiblər: bu sözlərinə görə
Bizi izləyin

Dünya

İsveçrədə Medvedevdən inciyiblər: bu sözlərinə görə

İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti Rusiyanın “Vahid Rusiya” partiyasının lideri Dmitri Medvedevin Ukrayna ilə bağlı “sülh konfransı”nı tənqid etməsindən narazılığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə nəşrin dərc etdiyi məqalədə bildirilir.

Məqalədə qeyd edilir ki, 2009-cu ilin əvvəlində həmin vaxt Rusiya prezidenti postunu tutan Medvedev İsveçrəyə işgüzar səfərə gedib. Amma onun bu ölkəyə münasibəti son 15 ildə dəyişib – indi bu ölkəyə “Qərb düşərgəsinin tərkib hissəsi kimi” baxılır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini daha əvvəl özünün Teleqram kanalında yazıb ki, sammit iştirakçılarının heç biri orada nə etdiklərini bilmir. Onun sözlərinə görə, bu hadisə Corc Oruellin yazdığı “Heyvan ferması” distopiyasına bənzəyir.

Xatırladaq ki, konfrans 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutub. Yarısı Avropadan olan 90-dan çox ölkə, həmçinin səkkiz təşkilat iştirakını təsdiqləyib. Yekun kommünike Ermənistan, Bəhreyn, Braziliya, Hindistan, İndoneziya, Liviya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Tailand və BƏƏ tərəfindən imzalanmayıb. İraq və İordaniya daha sonra imzalarını geri götürüblər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm