Suriyada ara qarışdı: PUA və döyüş təyyarəsi toqquşdu
Bizi izləyin

Dünya

Suriyada ara qarışdı: PUA və döyüş təyyarəsi toqquşdu

Suriyada Fərat Qalxanı bölgəsində təxribat yaşanıb. Bu dəfə PUA və döyüş təyyarəsi toqquşub.

Publika.az xəbər verir ki, bununla bağlı Rusiyanın Suriyadakı Tərəflərin Barışıq Mərkəzinin sədr müavini Yuri Popov açıqlama verib.

O qeyd edib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus MQ-9 “Reaper” silahlı pilotsuz uçuş aparatı (PUA) Rusiya Aerokosmik Qüvvələrinə aid An-30 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

“Rusiya Silahlı Qüvvələrinə məxsus təyyarə Suriyanın hava məkanında, Homs əyalətinin əl-Suxne bölgəsi üzərində, 30 metr yüksəklikdə müntəzəm uçuş həyata keçirirdi. 6-7 min metrdə “Su-35” təyyarəsi ilə “koalisiyanın” MQ-9 “Reaper” adlı PUA-sı arasında növbəti dəfə təhlükəli yaxın qarşılaşma yaşanıb”, - Popov vurğulayıb.

O, həmçinin bildirib ki, Əl-Tanf bölgəsində gün ərzində iki cüt koalisiyaya məxsus F-15 döyüş təyyarəsi, bir cüt Rafale döyüş təyyarəsi, bir cüt Typhoon döyüş təyyarəsi və bir cüt A-10 Thunderbolt hücumu tərəfindən 10 pozuntu qeydə alınıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm